Tural Xudiyev 27 noyabr 1998-ci ildə Bakı şəhərində anadan olub. 2019-cu ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Ağcabədi və Cəlilabad rayonlarında yerləşən hərbi hissələrdə xidmət edib. Tural Xudiyev 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Kəlbəcər, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Xudiyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Şəhidə məxsus kittel, qol saatı, isimlik, qoşun növü nişanı, döş nişanı, jeton-boyunbağı, qələm, diplomlar və fotoşəkillər Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fonduna daxil edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.