15 yanvar 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Faciənin foto yaddaşı” adlı fotosərgi keçiriləcək. Sərgi fotoqraflar- Asim Talıb, Yaşar Xəlilov, Oleq Litvin, Əli Qafarov, Mehdi Abbasov, Fərid Xayrulli, Hüseyin Hüseyinzadə, Rafiq Nağıyev, Fərid Əşrəf oğlu, Ağali Məmmədov, Rasim Sadıqov, Tahir Cəfərov, Malik Şərifov, muzeyin fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu tərəfindən lentə alınmış fotolar və muzeyin Sənədli Mənbələr fondunda qorunan, 20 yanvar faciəsinə aid sənədlər əsasında təşkil olunur. Sərgidə, həmçinin “Faciənin fotosu” (rejissor Fərqanə Qasımlı, operator Ayaz Mikayılzadə) adlı film nümayiş olunacaq.
Sərgiyə giriş sərbəstdir.
Ünvan: Milli Azərbaycan Tarixi Muzeyi, H. Z. Tağıyev küçəsi 4
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.