Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş “Yaddaş rəngləri: 20 Yanvar” adlı anım tədbiri keçirilib. Tədbirdə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin, M.Rəhim adına 7 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi və Muzeyin əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq mübarizəsində tutduğu yer barədə çıxış ediblər.
Tədbir çərçivəsində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış bədii-kompozisiya və 20 Yanvar faciəsinə aid eksponatlar əsasında hazırlanmış videoçarx təqdim olunub. Eyni zamanda, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.