Milli Azərbaycan Tarixi Muzeyində LANDAU School-un 3TA, 3AB, 3AC və 3TB siniflərinin şagirdləri üçün “Zəhmət ilə gələn zinət. Dərsimiz – Hacı Zeynalabdin” adlı növbəti interaktiv, həmçinin “Boyalı küp” və “Buta” adlı ustad dərsləri keçirilib. Iki hissədən ibarət dərsin birinci hissəsində şagirdlərə H.Z.Tağıyevin həyat fəaliyyəti, muzeyin yerləşdiyi bina və onun memarlıq xüsusiyyətləri barədə məlumat verilib. İkinci hissədə şagirdlər üçün intellektual oyun təşkil edilib. “Boyalı küp” və “Buta” ustad dərslərində isə şagirdlərə küp və buta formasında gips fiqurlarının rənglənmə qaydaları öyrədilib, iştirakçılar təqdim olunan fiqurları yaradıcılıqla rəngləyiblər.
Sonda şagirdlər Muzeyin ekspozisiyası ilə tanış olublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.