23 yanvar 2026-cı il tarixində Macarıstan Milli Muzeyinin ev sahibliyi ilə Budapeştdə TÜRKSOY Muzeylər Birliyinin Ölkə Koordinatorlarının IV iclası keçirilib. İclasda Milli Azərbaycan Tarixi Muzeyinin muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini– baş mühafiz, tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalova iştirak edib.
Tədbir zamanı TÜRKSOY Muzeylər Birliyi üzrə əməkdaşlıq imkanları, birgə sərgi və layihələrin təşkili, eləcə də təlim və təcrübə proqramlarının inkişafı məsələləri müzakirə olunub. Məhfuzə Zeynalova çıxışı zamanı Milli Azərbaycan Tarixi Muzeyinin türk dünyasının ortaq tarixi və mədəni irsini əks etdirən birgə sərgilərin keçirilməsində maraqlı olduğunu bildirib. O, muzeylər arasında təcrübə mübadiləsinin və ortaq layihələrin gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirin sonunda Milli Azərbaycan Tarixi Muzeyinin TÜRKSOY Muzeylər Birliyinə üzv seçilməsi ilə bağlı sertifikat təqdim olunub. Bu üzvlük muzeyin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi, türk dünyası muzeyləri arasında əlaqələrin möhkəmləndirilməsi və milli mədəni irsin beynəlxalq səviyyədə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda TÜRKSOY tərəfindən iştirakına görə Məhfuzə Zeynalovaya təşəkkürnamə təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.