Fevralın 11-də Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Mədəniyyət Nazirliyinin 2025-ci il üzrə fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası çərçivəsində keçirilən hesabat sessiyasında çıxış edib. N.Vəlixanlı çıxışında muzeyin 2025-ci il ərzində fəaliyyətinə dair hesabat təqdim edərək, aparılan elmi-tədqiqat işləri, ekspozisiya və sərgi fəaliyyəti, fondların mühafizəsi və zənginləşdirilməsi, eləcə də beynəlxalq və ictimaiyyətlə əlaqələr, maarifləndirici layihələr haqqında ətraflı məlumat verib.
Sessiya çərçivəsində təqdim olunan məruzələr ətrafında müzakirələr aparılıb, muzey və sərgi müəssisələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.