Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən "Türk xalqlarının inteqrasiyasında Birinci Türkoloji Qurultayın rolu” mövzusunda Respublika Elmi Konfransı keçirilir. Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov AMEA-da keçirilən konfransda “V.V.Bartoldun Birinci Türkoloji Qurultaydakı məruzəsində türk-islam mədəniyyətinə baxış” adlı elmi məruzə ilə çıxış edib, tarixi məsələlərə işıq tutub. Məruzədə məşhur şərqşünas V.V.Bartoldun yanaşmaları fonunda türk dünyasının mədəni-dini irsi və bu irsin qurultaydakı təzahürləri geniş təhlil olunub. Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışda və suallara verilən cavablarda orta əsr türk dövlətlərinin və xalqlarının islam mədəniyyətinin inkişafındakı tarixi rolu xüsusi vurğulanıb. Konfrans materiallarının nəşr edilməsi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.