XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
18 Fevral, 2026
Vətən Müharibəsi şəhidi Elvin İslamovun doğum günüdür

Əslən Xızı rayonundan olan Elvin Elçin oğlu İslamov 1995-ci il fevralın 18-də Bakı şəhərində anadan olub. O, 158 saylı orta məktəbi bitirib, 2013–2014-cü illərdə Xocavənd rayonunda hərbi xidmətdə olub. Daha sonra Dövlət Bayrağı Meydanında mühafizəçi işləyib. Elvin İslamov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılıb. Bir həftəlik təlimdən sonra 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başladığı Vətən Müharibəsində iştirak edib. Elvin İslamov 9 oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Elvin İslamovun Muzeyin Vətən Müharibəsi fondunda qorunan şəxsi əşyalarını (fotoşəkillər, fəxri fərman və beret) təqdim edirik.