Qazaxıstan Respublikasının İlk Prezidenti Muzeyinin əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Qonaqları muzeyin eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini- baş mühafiz, tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalova qarşılayıb. Görüş zamanı muzeyin elmi-tədqiqat fəaliyyəti, fondların qorunması prinsipləri, müasir ekspozisiya həlləri və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verilib. Tərəflər arasında gələcək ortaq layihələr, sərgi mübadiləsi, elmi əməkdaşlıq və təcrübə paylaşımı perspektivləri müzakirə olunub. Qonaqlar muzeyin zəngin ekspozisiyasını ziyarət edərək, Azərbaycan tarixini əks etdirən nadir eksponatlarla yaxından tanış olublar və təqdim olunan materialların elmi dəyərini və ekspozisiyanın müasir təqdimat formasını yüksək qiymətləndirərək, xoş təəssüratlarını bölüşüb, iki muzey arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Sonda Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri qonaqlara təqdim olunub və xatirə şəkilləri çəkilib
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.