XƏBƏRLƏR
20 Fevral, 2026
Muzeydə ekspozisiyanın yeni tematik planı müzakirə olunub
Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının yenilənməsi istiqamətində hazırlanan yeni tematik plan muzey əməkdaşlarının iştirakı ilə keçirilən iclasda müzakirə olunub. Müzakirə zamanı ekspozisiyanın məzmununun müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, mövzular üzrə strukturlaşdırılması və ziyarətçilər üçün daha cəlbedici təqdimat formalarının tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. İclas çərçivəsində ekspozisiyanın elmi konsepsiyasının gücləndirilməsi, rəqəmsal həllərin tətbiqi, interaktiv elementlərin artırılması və fond materiallarının daha effektiv nümayişi ilə bağlı təkliflər səsləndirilib. Eyni zamanda, müxtəlif yaş qrupları üçün maarifləndirici tədbirlərin keçirilməsini genişləndirilməsi və bu istiqamətlərdə beynəlxalq təcrübənin nəzərə alınması vacib məqam kimi vurğulanıb.
Müzakirələrin yekununda səsləndirilən rəy və təkliflərin ümumiləşdirilərək yeni tematik planın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi qərara alınıb.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.