Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda 1904-cü ilə aid qiymətli səhm mühafizə olunur. 250 rubl dəyərində olan bu unikal nümunə görkəmli xeyriyyəçi və sənayeçi Hacı Zeynalabdin Tağıyevə məxsus Kür-Xəzər Gəmiçilik Səhmdar Cəmiyyətinin səhmi kimi xüsusi əhəmiyyət daşıyır. Səhmlə birlikdə təqdim olunan talonlar da sənədin komplektliyini və nadirliyini artırır. Qeyd edək ki, bu tip materiallara digər muzeylərdə, şəxsi kolleksiyalarda və açıq elektron resurslarda rast gəlinməyib.
Sözügedən səhm Azərbaycanın nəqliyyat və gəmiçilik tarixinin, eləcə də Tağıyevin çoxşaxəli sahibkarlıq fəaliyyətinin öyrənilməsi baxımından mühüm mənbə hesab olunur. Bu nadir eksponat ölkənin iqtisadi-tarixi irsinin tədqiqində xüsusi yer tutur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.