20–22 fevral 2026-cı il tarixlərində Ankara şəhərində AKAP Beynəlxalq Akademik Platformasının təşkilatçılığı ilə Beynəlxalq Ankara Elmi Araşdırmalar və Tədqiqatlar Konfransı keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı “Hacı Zeynalabdin Tağıyevin irsi və ev muzeyi: müasir tədris metodları ilə interaktiv təhsil təcrübəsi” adlı məruzə ilə onlayn çıxış edib. Məruzədə böyük xeyriyyəçi və öz dövrünün maarifçisi Hacı Zeynalabdin Tağıyev irsinin muzey mühitində müasir pedaqoji yanaşmalar əsasında təqdim olunması, interaktiv tədris metodlarının tətbiqi və muzey–təhsil əməkdaşlığının effektiv modelləri təhlil edilib. Ev muzeyində həyata keçirilən innovativ dərs proqramlarının şagird və tələbələrin tədqiqat bacarıqlarının inkişafına, tarixi irsə marağın artırılmasına verdiyi töhfələr diqqətə çatdırılıb.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və ünvanlanan suallar məruzəçi tərəfindən cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub. Konqres materiallarının nəşri nəzərdə tutulur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.