XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
24 Fevral, 2026
Milli Azərbaycan Tarixi Muzeyində Novruz şənliklərinə start verilib

Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə silsilə şənlik və master-klasslara start verilib. İlk tədbir Su çərşənbəsinə həsr olunub və Bakı şəhəri Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin III sinif şagirdlərinin iştirakı ilə keçirilib. Proqram çərçivəsində Kosa və Keçəl obrazlarının iştirakı ilə uşaqlar üçün interaktiv əyləncələr, kəndir dartma və yumurta döyüşdürmə kimi ənənəvi xalq oyunları təşkil olunub. Uşaqlara Novruzun tarixi və adət-ənənələri barədə məlumat verilib.

Daha sonra Nigar Əhmədlinin təşkilatçılığı ilə keçirilən master-klassda uşaqlar gipsdən hazırlanmış küp fiqurlarını rəngləyib, həmçinin Azərbaycanın xəritəsini puzzle şəklində quraşdırıblar. Tədbirin davamında sözügedən şöbənin müdiri Fəridə Şəmsi və baş mütəxəssis Aynur Babayevanın iştirakı ilə uşaqlar üçün intellektual oyun keçirilib, qaliblər mükafatlandırılıb.

Sonda muzeyin əməkdaşı Qənirə Qafarlı tərəfindən iştirakçılar üçün Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə ekskursiya təşkil olunub.

Novruz şənlikləri çərçivəsində növbəti çərşənbələrə həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılır.