Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı tərəfindən Bakı şəhəri 153 nömrəli tam orta məktəbdə muzeydənkənar interaktiv dərs keçirilib.
Dərs zamanı Xocalının qədim tarixi və zəngin mədəni irsi haqqında məlumat verilib, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımının faciəvi nəticələri diqqətə çatdırılıb. Vurğulanıb ki, bu hadisə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı ağır cinayət kimi qiymətləndirilir və hər il 26 fevral ölkəmizdə ehtiramla yad olunur.
Şagirdlərə muzeyin Birinci Qarabağ müharibəsi və Xocalı faciəsinə həsr olunmuş bölməsi, eləcə də 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə barədə məlumat verilib.
Sonda interaktiv müzakirə aparılıb, şagirdlərin sualları cavablandırılıb və tarixi yaddaşın qorunmasının əhəmiyyəti bir daha vurğulanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.