Hər il 10 mart tarixində Azərbaycanda Milli Teatr Günü qeyd olunur. Bu əlamətdar gün Azərbaycan teatr sənətinin inkişafına töhfə vermiş görkəmli sənətkarların xatirəsini yad etmək, milli teatr ənənələrini yaşatmaq və gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Milli Teatr Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən vaxtilə nəşr olunmuş “Bakının teatr həyatı” (Bakı, 2013) adlı kataloqunu təqdim edirik. Nəşrdə muzeyin kolleksiyalarında qorunan fotoşəkillər, afişalar, proqramlar və digər nadir materiallar əsasında Bakının teatr həyatını əks etdirən 870 eksponat təqdim olunur. Bu materiallar teatrların repertuarları, fəaliyyət mərhələləri və müxtəlif dövrlərdə keçirilmiş tədbirlər haqqında maraqlı məlumatlar verir.
Kataloqla keçid vasitəsilə tanış ola bilərsiniz.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.