Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, möhkəm can sağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayır.
Muzeyin zəngin kolleksiyasında Novruz bayramının xüsusiyyətlərini əks etdirən dəyərli eksponatlar yer alır. Bu nadir nümunələr xalqımızın qədim bayram ənənələrinin yaşadılması və tarixi-mədəni dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə eksponatlardan biri də muzeyin Təsviri materiallar fondunda mühafizə olunan “Novruz bayramı” adlı sənət əsəridir. Sözügedən əsər Azərbaycanın Xalq rəssamı, milli karikatura sənətinin banilərindən biri Əzim Əzimzadəyə məxsusdur. Rəssam öz yaradıcılığında Novruz bayramının koloritini, xalq şənliyinin ab-havasını və mərasim ənənələrini incə yumor və zəngin təsvir vasitələri ilə ustalıqla ifadə etmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.