XƏBƏRLƏR
17 Mart, 2026
Muzeyin əməkdaşı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Rəyasət Heyətinin Elmi İrs şöbəsi, Varşava Universitetinin Asiya və Afrika Mədəniyyəti fakültəsi və həmin universitetin Azərbaycan Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Sadiq bəy Ağabəyzadə – XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” adlı beynəlxalq elmi konfrans keçirilib. Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dos. Əli Fərhadov konfransda “XVI əsrdə dinlər arası dialoq və dini vəhdət təcrübəsi: 'Din-i İlahi'” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə XVI əsrin Hindistanında Əkbər şah Baburlu zamanında dini-fəlsəfi mənzərə, müxtəlif inanclar və mədəniyyətlər arası dialoq cəhdləri və şahın "Din-i İlahi" konsepsiyasının mahiyyəti elmi faktlarla təhlil olunub. Məruzədə Əkbər şahın dini fanatizmə, azyaşlıların zorla evləndirilməsinə, dul hindu qadınların yandırılmasına, qeyri-müsəlmanlara təzyiqlərə qarşı mücadiləsindən danışılıb. Həmçinin, onun dinlər və məzhəblər arası ixtilaflara qarşı mübarizəsindən, mədəniyyətlər arası və dini vəhdət mövzusundakı çalışmalarından geniş bəhs olunub. Bu siyasətin günümüzdəki aktuallığı vurğulanıb.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Konfrans materiallarının nəşr olunması nəzərdə tutulub.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.