Milli Azərbaycan Tarixi Muzeyində muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov tərəfindən tələbələr üçün növbəti maarifləndirici elmi seminar keçirilib.
“Varlıq” jurnalında milli-dini məsələlər və qadın mövzusuna baxış" adlı seminarda Azərbaycan Kooperasiya Universitetinin Marketinq və menecment fakültəsinin "Muzey, arxiv işi və abidələrin qorunması" ixtisası üzrə IV kurs tələbələri iştirak ediblər. Ə.Fərhadovun məruzəsində muzeydə mühafizə edilən "Varlıq" jurnalının tarixi missiyası, Tehranda 1979-2014-cü illərdə nəşr olunan jurnalın Azərbaycan dilinin, mədəniyyətinin və milli kimliyinin qorunmasındakı müstəsna rolu, baş redaktor Cavad Heyətin rəhbərliyi ilə jurnalda işıqlandırılan islam mədəniyyəti və milli dəyərlərin vəhdəti, cəmiyyətdə qadın hüquqları, onların təhsili və ictimai vəziyyəti təhlil edilib.
Qeyd edilib ki, bu cür seminarlar gənc mütəxəssislərin milli mətbuat tariximizi, mədəniyyətimizi dərindən öyrənməsinə, həm də gələcək muzeyşünas kimi tarixi mənbələrlə işləmək bacarıqlarının artırılmasına, vətənpərvərliyin inkişafına xidmət edir. Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.