2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində mühüm mərhələlərdən biri kimi tarixə düşmüş, hərbçilərimizin vətənpərvərliyini və Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlığını bir daha nümayiş etdirmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımıza- XTQ mayoru, Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, I Qarabağ müharibəsi iştirakçısı Raquf Orucov, XTQ kapitanı Mühüd Orucov, XTQ giziri Şahin Cavadzadə, gizir Nurlan Əsgərli, kiçik gizir Emin Bağırov, əsgər Fəxrəddin Qurbanlı, gizir Elimdar Səfərov və əsgər Samir Koçayevə məxsus şəxsi əşyalar və materiallar mühafizə olunur. Qeyd edək ki, bu materialların bir qismi hazırda muzeyin ekspozisiyasında nümayiş etdirilir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.