XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
09 Aprel, 2026
Muzeydə professor Oqtay Əfəndiyevin 100 illiyinə həsr olunmuş elmi-praktiki seminar keçirilib

8 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində t.e.d., professor Oqtay Əfəndiyevin (1926–2013) anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-praktiki seminar keçirilib. Seminarda Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov “Səfəvilər dövrü türk-İslam mədəniyyətinə baxış”, Numizmatika Fondunun baş mütəxəssisi, t.ü.f.d. Aygün Məmmədova “Professor Oqtay Əfəndiyevin Səfəvilər dövrünün şəhərləri ilə əlaqədar tədqiqatları və yeni numizmatik qənaətlər” və Qərbi Kaspi Universitetinin müəllimi, t.ü.f.d. Günay Həsənova “Səfəvi geyimləri (Oqtay Əfəndiyevin əsərləri və muzey materialları əsasında)” mövzularında məruzələrlə çıxış ediblər. Seminar Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Ləman Məmmədovanın moderatorluğu ilə keçirilib. Tədbir interaktiv müzakirələrlə davam edib və tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb. Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış olub, xatirə fotoları çəkdiriblər.