7–8 aprel 2026-cı il tarixlərində Bakı Slavyan Universitetində “Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı” keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsinin əməkdaşı Fəridə Xəlilova “Qədim Azərbaycan cəmiyyətində qadınların məişət fəaliyyəti və sosial rolu” adlı məruzə ilə çıxış edib. Çıxış zamanı qadının ailə və cəmiyyət həyatındakı rolu tarixi, arxeoloji və etnoqrafik mənbələr əsasında təhlil olunmuşdur. Qədim dövrlərdən etibarən Azərbaycan ərazisində qadınların sosial münasibətlərdə fəal iştirakı maddi və mənəvi dəlillər vasitəsilə təsdiq edilmişdir. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiyadan olan tədqiqatçıların məruzələri dinlənilib və geniş müzakirələr aparılıb. Sonda məruzəçilərə sertifikatlar təqdim edilib. Konfrans materiallarının nəşr olunması nəzərdə tutulur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.