Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən 2026-cı ildə Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunda görkəmli şəxsiyyətin xatirəsinə həsr edilmiş yerli və xarici istehsallı eksponatlar qorunur. Bu materiallar sırasında poçt markaları və masaüstü medallar xüsusi yer alır.
Bu nümunələrdən biri 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş 30 qəpik nominallı üç hissəli blok markadır. Digər nümunə isə Nizami Gəncəvinin vəfatının 805 illiyinə həsr olunmuş masaüstü medaldır. Polutompak materialdan zərb edilmiş medalın müəllifi A.M.Rüstəmovdur. 2014-cü ildə Kiyev zərbxanasında 250 ədəd tirajla hazırlanmış medalın diametri 60 mm, çəkisi isə 135,64 qramdır. Medalın bir tərəfində şairin sağa yönəlmiş büstü, digər üzündə isə milli ornamentli kartuş daxilində “Nizami Gəncəvi 1141–1209” sözləri zərb edilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.