Muzeydə “Kitabi-Dədə Qorqud” Gününə həsr olunmuş “Bir dastanın yaddaşı bir xalqın tarixi” adlı tədbir keçirilib.
Tədbir Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsi ilə Bakı Biznes Universitetinin Humanitar elmlər kafedrasının birgə əməkdaşlığı çərçivəsində baş tutub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin giriş sözü ilə Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq, tədbirin əhəmiyyəti haqqında çıxış edib. F.Şəmsi çıxışında “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının tarixi yaddaşında və milli-mənəvi dəyərlərin formalaşmasında mühüm rolundan bəhs edib.
Tədbirdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Şakir Albalıyev, Muzeyin Numizmatika fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova, həmçinin Bakı Biznes Universitetinin müəllimləri Sevinc Qəmbərova və Qənirə Mirzəxanlı çıxış edərək, dastanın elmi-tarixi və ədəbi əhəmiyyətindən danışıblar.
Tədbirin bədii hissəsində “Dədə Qorqud” filmindən fraqment nümayiş olunub, tələbələr tərəfindən şeirlər səsləndirilib və səhnəcik təqdim edilib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.