XƏBƏRLƏR
13 Aprel, 2026
Muzeydə tələbələr üçün elmi seminar keçirilib
Azərbaycan Kooperasiya Universitetinin Marketinq və menecment fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasının IV kurs tələbələri üçün muzeydə maarifləndirici seminar təşkil olunub.
Seminar çərçivəsində muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova və Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova çıxış edərək, tələbələrə muzey fondlarının formalaşdırılması, sənədli materialların toplanması, qeydiyyatı və mühafizə qaydaları, həmçinin fondların zənginləşdirilməsinin əhəmiyyəti, yeni materialların aşkar olunması, qəbul prosesi və onların elmi fondlara daxil edilmə mərhələləri haqqında geniş məlumat veriblər.
Seminar zamanı toplama işinin əsas prinsipləri, tarixi əhəmiyyət daşıyan sənədlərin seçilməsi, onların elmi təsviri və inventarlaşdırılması prosesi barədə ətraflı məlumat təqdim edilib. Qeyd olunub ki, toplama işi muzey fəaliyyətinin mühüm istiqamətlərindən biri olmaqla, milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasında xüsusi rol oynayır.
Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanıb, mövzu ilə bağlı səsləndirilən suallara ətaraflı cavab verilib.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.