Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov Qazaxıstanın Milli Elmi və İnnovativ Tədqiqatlar Akademiyası (NACSIR) tərəfindən elmi-təhsil müəssisələri arasında təşkil olunan "İlin Ən Yaxşı Tədqiqatçısı – 2026" beynəlxalq müsabiqəsinin qalibi seçilərək I dərəcəli Diplom ilə təltif edilib. Ə.Fərhadovun təltif olunmasına səbəb olan tədqiqat işi Astanada nəşr olunan nüfuzlu "Science and Education: Modern Time" ("Наука и Образование: Новое Время") beynəlxalq elmi jurnalında yer almışdır (2026, No.20, с.36-46). Rus dilində dərc olunan məqalə "V.V. Bartoldun yaradıcılığında türk-islam tarixinə baxış ("Müsəlman mədəniyyəti" əsəri əsasında)" mövzusuna həsr edilib. Tədqiqat işində islam mədəniyyətinin ərəb, fars və türk xalqlarının birgə yaradıcılığının məhsulu olduğu sübut edilir. Avropa tarixşünaslığındakı mənfi stereotiplər təkzib olunaraq, türklərin Abbasilər dövründən başlayaraq islam sivilizasiyasındakı qurucu və hərbi-inzibati rolu ön plana çıxarılır. Məqalədə Əl-Fərabi, İbn Sina, Nəsirəddin Tusi, Nizami Gəncəvi və İmadəddin Nəsimi, Əlişir Nəvai kimi dahi şəxsiyyətlərin dünya elminə və ədəbiyyatına töhfələri təhlil edilir. Həmçinin Səlcuqlu, Teymuri, Osmanlı, Baburlu və Səfəvilər dövlətinin regionda siyasi sabitlik və mədəni yüksəlişdəki rolu elmi əsaslarla şərh olunur. Araşdırmada türkiyəli alim Mehmed Fuad Köprülünün Bartold yaradıcılığına baxışı xüsusi təqdim edilib. Qeyd edək ki, Ə.Fərhadovun bu tədqiqat işi Azərbaycan tarix elminin beynəlxalq arenada təbliği və türk-islam mədəniyyətinin düzgün interpretasiyası baxımından əhəmiyyət kəsb edir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.