Bu gün Vətən Müharibəsi şəhidi Əsəd Həsənovun doğum günüdür. Əsəd Həsənov 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində anadan olub. 2020-ci ildə Vətən müharibəsi zamanı Ağdam rayonu istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak edib, 1 oktyabr 2020-ci il tarixində Ağdam rayonu ərazisində şəhid olub.
Göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Əsəd Həsənov ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni , “Vətən uğrunda” medalı, “Ağdamın azad olunmasına görə” medalı və “İgidliyə görə” medalı ilə təltif edilib.
Şəhid Əsəd Həsənovun muzeyin Vətən Müharibəsi Fondunda qorunan şəxsi əşyalarını (kitel, şalvar, kompas, kalkulyator, fotoşəkillər və sənədlər) təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.