10 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” kafedrasının I kurs tələbələri üçün seminar təşkil olunub. Seminar çərçivəsində muzeyin “Arxeologiya” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Emin Məmmədov “Azərbaycanda qədim və orta əsr şəhərlərinin tarixi haqqında mənbələr” mövzusunda çıxış edərək, tələbələrə ətraflı məlumat verib. Emin Məmmədov, həmçinin muzeyin tarixi və ekspozisiyada nümayiş olunan materiallar barədə danışıb.
Daha sonra muzeyin Numizmatika fondunun əməkdaşları– fond müdiri Sənurə Dostiyeva, fondun böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, eləcə də əməkdaşlar Aytən Mikayılova, Gülnar İsmayılova və Aynurə Quluzadə fondun tarixi, sikkələrin elektron qeydiyyatının müasir üsulları və numizmatik ədəbiyyatlar haqqında izahatlar veriblər.
Sonra tələbələr muzeyin Arxeologiya fondunun materialları ilə tanış olub, fondlarda aparılan iş prosesi barədə məlumat əldə ediblər.
Sonda muzey mütəxəssisləri tələbələri maraqlandıran sualları cavablandırıb və müvafiq tövsiyələr veriblər.