Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının Nadir kitablar fondunda «Бакинский Торгово-Промышленный сборник» (Bakı ticarət-sənaye məcmuəsi) adlı kitabın nadir nüsxəsi mühafizə olunur. Kitabda Bakı quberniyasının ticarət və sənayesi sahəsində cari informasiyalar əksini tapmışdır. Burada quberniyanın iqtisadi durumunun icmalı, 1900-cu ildə yeni yaradılan və ləğv edilən müəssisə və şirkətlərə dair məlumatlar verilir, malların və xidmətlərin qiymətləri, dəmir yolunda, dəniz və çay gəmilərində daşınma tarifləri və s. qeyd olunmuşdur. Bu kitabın 64-cü səhifəsində H.Z.Tağıyevin Mərdəkanda öz vəsaiti hesabına açdırdığı 10 hektarlıq ərazidə 40 şagirdlik bağçılıq məktəbi haqqında da məlumat verilir. Bu məcmuədə müxtəlif müəssisələrin və şirkətlərin reklam elanları da dərc edilirdi.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.