Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyəti, Xətai Sənət Mərkəzi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Beynəlxalq Akvarel Qalereyasının dəstəyi, rəssam-rəngkar Gündüz Həbibovun təşkilatçılığı ilə “Bahar pillələri və addımlar” adlı sərgi keçirilmişdir. Sərgidə muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Səbinə Əfəndiyeva “Keçmişdən qalan mirasımızın ikinci həyatı” adlı rəsm əsəri ilə təmsil olunub (kətan üzərində yağlı boya). Realizm üslubunda işlənmiş bu əsərdə muzeyin arxeoloji kolleksiyasına aid eksponatlardan ilhamlanmış kompozisiya təqdim edilir. Əsərdə qədim saxsı qab nümunələrinin bədii interpretasiyası vasitəsilə milli maddi-mədəni irsin davamlılığı ideyası ön plana çıxarılmışdır. Kompozisiyada müxtəlif dövrlərə aid keramika məmulatının təsviri onların həm estetik, həm də elmi dəyərini vizual formada əks etdirir.
Muzeyin Bərpa laboratoriyasının rəssam-dizayneri Vüqar Xudaverdiyev sərgidə muzey eksponatları əsasında hazırladığı üç ədəd zərgərlik məmulatı ilə iştirak edib. Təqdim olunan boyunbağı, sırğa və sancaq nümunələri arxeoloji motivlər əsasında hazırlanmışdır. Bu bədii sənət nümunələrində qədim zoomorf və ornamental elementlər müasir zərgərlik texnikaları ilə sintez edilmişdir. Xüsusilə maral motivli kompozisiya və gil qablar üzərində rast gəlinən qoç təsvirlərinin stilizə olunmuş formaları diqqəti cəlb edir. Məmulatın hazırlanmasında bürünc, mis, melxior və mina kimi materiallardan istifadə olunmuş, kəsmə, quraşdırma texnikaları tətbiq edilmişdir.
Sərgidə nümayiş olunan bu əsərlər arxeoloji irsin müasir incəsənətdə interpretasiyası onun geniş ictimaiyyətə çatdırılmasının effektiv vasitələrindən biri kimi çıxış edir.
Sərginin sonunda muzey əməkdaşları fəal iştiraklarına görə diplomlarla təltif olunublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.