XƏBƏRLƏR
20 Aprel, 2026
Muzeydə Beynəlxalq Abidələr Gününə həsr olunmuş interaktiv dərs keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdləri üçün maarifləndirici interaktiv dərs və ustad dərsi təşkil olunub. Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə keçirilən dərs zamanı muzeyin yerləşdiyi Hacı Zeynalabdin Tağıyevin tarixi binası haqqında şagirdlərə ətraflı məlumat verilib, onun memarlıq xüsusiyyətləri və Bakı şəhərinin inkişafındakı rolu izah olunub. Tədbirin interaktiv hissəsində şagirdlər arasında “kvest” və “kviz” formatında bilik yarışı təşkil edilib. Bundan əlavə, iştirakçılar Qız qalası formasında gips fiqurlarını rəngləyərək yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. Proqram çərçivəsində müxtəlif intellektual oyunlar da keçirilib, şagirdlər tarixi binaları vizual materiallar əsasında müəyyənləşdiriblər. Sonda isə onlar muzeyin ekspozisiyası ilə tanış olublar. Tədbirin əsas məqsədi şagirdlərin tarixi abidələr və memarlıq irsi barədə biliklərini artırmaq, onların qorunmasının əhəmiyyətini aşılamaq olub.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.