22 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə IV kurs tələbələri üçün seminar təşkil olunub.
Seminarda "Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi" şöbəsinin böyük elmi işçisi, t.ü.f.d., dosent Tural Şiriyev "Ənənəvi Azərbaycan ailəsində qadının rolu" mövzusunda çıxış edərək, tələbələrə ətraflı məlumat verib. Məruzədə qadının ailə münasibətləri və təsərrüfatında, eləcə də ictimai münasibətlərdə rolu ayrı-ayrı tarixi dövrlər üzrə işıqlandırılıb.
Tural Şiriyev, bütövlükdə, cəmiyyətin mənəvi dəyərlərinin formalaşmasında qadının mərkəzi mövqe tutmasını və onun bir postulat rolu oynadığını xüsusi olaraq önə çəkmiş, irəli sürülən müddəaları etnoqrafik və sosial-psixoloji aspektlərdən əsaslandırmışdır.
Məruzə tələbələrin marağına səbəb olub. Məruzəçi tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.