Milli Azərbaycan Tarixi Muzeyinin unikal baş bəzəyi Macarıstan Milli Muzeyinin "Attilla" adlı beynalxalq kataloqunda yer alıb. Xatırladaq ki, sözü gedən dəyərli nümunə Macarıstan Milli Muzeyində "Attilla" adlı beynəxalq sərgidə hazırda ictimaiyyətə nümayiş etdirilir.
Qeyd edək ki, 30-dan çox ölkənin iştirak etdiyi sərgidə Hun İmperatorluğunu əks etdirən materiallar təqdim olunur və həmin nümunələr sözü gedən katoloqda öz əksini tapıb.
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan bu unikal baş bəzəyi qədim dövrün zərgərlik sənətinin nadir nümunələrindən biridir. Şamaxının Xınıslı ərazisindən tapılmış baş bəzəyinin üzərində simmetrik şəkildə düzülmüş həndəsi ornamentlər, damcı formalı naxışlar və mərkəzi hissədə daha iri dekorativ elementlər yer alır. Zərif işlənmə texnikası və kompozisiya quruluşu bu nümunənin yüksək sənətkarlıq səviyyəsini əks etdirir.
Həmin kataloqu təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.