Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı görüşdə Qərbi Azərbaycanın mədəni irsinin tanıdılması istiqamətində muzeydə həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd olunub ki, muzeydə bu mövzuya həsr olunan sərgilər və elmi tədbirlər mütəmadi təşkil olunur. Bildirilib ki, “Geyim irsimiz Mirzə Qədim İrəvani fırçasından” adlı, eləcə də “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasındakı xəritələrdə Qərbi Azərbaycan toponimləri” adlı sərgi təqdim olunub.
Görüşdə, həmçinin muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov da iştirak edib və mövzu ətrafında fikirlərini bölüşüb.
Sonda akademik Nailə Vəlixanlı müəllifi olduğu “Zəngəzur-ərəblərdən monqollaradək” adlı kitabını, həmçinin muzeyin digər elmi nəşrlərini Qərbi Azərbaycan İcmasının Səbail nümayəndəliyinə hədiyyə edib.
Ətraflı məlumat keçiddə.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.