Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, t.ü.f.d., Fatma Qəniyeva Qars Qafqaz Universiteti və AMEA Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Xəzər Universitetində keçirilən “I. Uluslararası Türk Dünyasında Kültür ve Değerlerin İzleri” (I Beynəlxalq “Türk dünyasında mədəniyyət və dəyərlərin izləri”) simpoziumunda “Azərbaycanda mədəni kimliyin qorunması qloballaşma kontekstində” adlı məruzə ilə çıxış edib. F.Qəniyeva məruzəsində Azərbaycan mədəni kimliyinin komponentləri və onların qorunması barədə məlumat verib. Eyni zamanda, gənc nəsil arasında mədəni maarifləndirmənin, mədəniyyətlərarası dialoqun və beynəlxalq mədəni layihələrin mədəni kimliyin davamlı inkişafına göstərdiyi təsirdən bəhs edib. Simpoziumda Azərbaycan, Türkiyə və Özbəkistandan olan tədqiqatçıların məruzələri dinlənilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Sonda məruzəçilərə sertifikatlar təqdim edilib. Konfrans materiallarının tezliklə dərc ediləcəyi bildirilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.