Milli Azərbaycan Tarixi Muzeyində "Arxeo" klubun təşkilatçılığı ilə Azərbaycan arxeologiya elminin görkəmli nümayəndəsi, tarix elmləri namizədi, arxeoloq Fazil Lətif oğlu Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Muzeydə bir arxeoloqun mirası” adlı növbəti məşğələ keçiriləcək.
Tədbirdə Fazil Osmanovun zəngin elmi irsi, onun rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar, xüsusilə Şirvan bölgəsinin antik dövrünün tədqiqində oynadığı mühüm rol, eləcə də Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan materialların elmi və ekspozisiya əhəmiyyəti haqqında məlumat veriləcək. Qeyd edək ki, Fazil Osmanov uzunmüddətli elmi fəaliyyəti dövründə Qəbələ, Şamaxı, Ağsu, İsmayıllı və digər bölgələrdə aparılan arxeoloji tədqiqatlarla Azərbaycan tarixşünaslığında mühüm iz qoymuş, bir sıra yaşayış məskənlərini və nekropolları aşkar edərək elmi dövriyyəyə daxil etmişdir.
Tarix: 12 may 2026-cı il, saat: 11:00.
Məkan: Milli Azərbaycan Tarixi Muzeyinin akt zalı
Arxeologiyaya, muzey işinə və milli irsimizin öyrənilməsinə maraq göstərən hər kəs dəvətlidir.