XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
05 May, 2026
Muzeyin əməkdaşı beynəlxalq konfransda çıxış edib

Qərbi Kaspi Universitetində təşkil olunan "Qlobal çağırışlar və perspektivlər:rəqəmsallaşma dövründə ekoloji və dayanıqlı urban sistemlər" mövzusunda beynəlxalq multidisiplinar elmi-praktik konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova "VII Mixail dövrünün qızıl solidləri: Balkanlar və Azərbaycanın ticarət əlaqələrinin rəqəmsal numizmatika prizmasında tədqiqi" mövzusunda məruzə edib. Məruzədə Azərbaycanın Ağdərə, Salyan rayonlarında və Bolqarıstanın Dunay çayı sahilində aşkarlanmış XI əsrin sonuna aid Bizans qızıl sikkələri - solidlər haqqında məlumat verilmiş, onların dövrün pul təsərrüfatında rolu və müasir rəqəmsal prizma baxımından tədqiqi açıqlanıb.

Sonda məruzəçilərə sertifikat təqdim edilib, konfrans materiallarının nəşri nəzərdə tutulub.