Milli Azərbaycan Tarixi Muzeyində yeni qurulacaq ekspozisiyanın “Azərbaycan e.ə. X–IV əsrlərdə: ilk dövlət qurumları” mövzusuna həsr olunmuş zalının tematik-ekspozisiya planının müzakirəsi keçirilib. İclasda muzey rəhbərliyi, direktor müavinləri, şöbə və fond rəhbərləri, muzey əməkdaşları iştirak ediblər. Tədbir zamanı qeyd olunan zal üçün hazırlanmış tematik planın əsas konseptual yanaşmaları, struktur xüsusiyyətləri və ekspozisiya həlləri ətraflı şəkildə müzakirə olunub. Təklif olunan plan Azərbaycan ərazisində e.ə. I minillikdə formalaşmış ilk dövlət qurumlarının, xüsusilə Manna, Skif çarlığı, Midiya, Əhəməni imperiyası və Atropatena kimi siyasi birliklərin ardıcıl və qarşılıqlı əlaqəli şəkildə təqdimatını nəzərdə tutur.
Plan çərçivəsində siyasi tarix, məskunlaşma sistemi, şəhərsalma və memarlıq, təsərrüfat və iqtisadiyyat, sənətkarlıq, dövlətçilik institutları, dini-mənəvi dünyagörüş və dəfn adətləri kimi əsas istiqamətlər kompleks şəkildə işlənilib. Eyni zamanda, ekspozisiyada müasir təqdimat texnologiyalarından–interaktiv xəritələr, 3D rekonstruksiyalar, animasiyalar, virtual turlar və infoqrafik vasitələrdən geniş istifadə nəzərdə tutulur.
Müzakirə zamanı iştirakçılar planın ayrı-ayrı bölmələri, xüsusilə bəzi mövzuların təqdimat forması və məzmunu ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Bildirilib ki, səsləndirilən rəy və tövsiyələr layihənin daha da təkmilləşdirilməsi prosesində nəzərə alınacaq. Qeyd edək ki, təqdim olunan tematik-ekspozisiya planı Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının konseptual əsasını təşkil edən mühüm elmi-metodiki sənədlərdən biridir və ölkənin qədim dövlətçilik ənənələrinin müasir muzey təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.