12 may 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin IV kurs tələbələri üçün seminar təşkil olunub.
Seminarda Muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi” şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Tural Şiriyev “Azərbaycan xalqının birgəyaşayış mədəniyyətində el köməyi adətlərinin yeri” mövzusunda məruzə ilə çıxış edərək tələbələrə ətraflı məlumat verib.
Məruzədə Azərbaycan xalqının birgəyaşayış mədəniyyətində el köməyi adətlərinin rolu tarixi-etnoqrafik baxımdan təhlil edilib. Bildirilib ki, tarix boyu bu adətlər insanların qarşılıqlı yardımlaşma, həmrəylik və birlik prinsipləri əsasında yaşamasını təmin edən əsas amillərdən biri olub.
Çıxış zamanı xüsusilə kənd mühitində formalaşan el köməyi adətlərinin cəmiyyətin sosial münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadığı, zamanla sosial institut səviyyəsinə qədər inkişaf edərək xalqın birgəyaşayış mədəniyyətinə güclü təsir göstərdiyi vurğulanıb.
Məruzə tələbələrin böyük marağına səbəb olub, seminar çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.