15 may 2026-cı il saat 16:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Urban Kod” adlı fotosərgi keçiriləcək. Sərgi Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Fotoqrafları Birliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
“Urban Kod” fotosərgisi müasir şəhər mühitinin estetikası, memarlıq dili və urban dinamikasının fotoqrafiya vasitəsilə bədii ifadəsini əhatə edəcək. Sərgidə nümayiş olunacaq foto əsərlər şəhərin ritmini, memarlıq formalarının vizual harmoniyasını və gündəlik urban həyatın müxtəlif qatlarını fərqli baxış bucaqlarından tamaşaçılara təqdim edəcək.
Ekspozisiyada şəhərə yalnız fiziki məkan kimi deyil, həm də vizual kodlar, insan axını və zamanın izlərini daşıyan canlı bir mühit kimi yanaşılacaq. Müxtəlif üslub və yaradıcılıq yanaşmaları vasitəsilə şəhərin estetik dili, işıq-kölgə münasibətləri və müasir urban atmosferinin bədii interpretasiyası ön plana çıxarılacaq.
Fotosərgi “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq və urban mədəniyyətin estetik tərəflərinin incəsənət dili ilə təqdimini hədəfləyəcək.
Sərgidə fotoqraflar Aydın Mehdiyev, Amira Süleyman, Kamran Əsədov, Vüqar İbadov, Mirnaib Həsənoğlu və Əhməd Hətəmzadənin əsərləri nümayiş etdiriləcək.
Təşkilatçılar şəhərin ritmini, memarlığın estetik kodlarını və urban həyatın vizual enerjisini birlikdə kəşf etmək üçün sənətsevərləri sərgiyə dəvət edirlər.
Ünvan: Milli Azərbaycan Tarixi Muzeyi, Hacı Zeynalabdin Tağıyev küçəsi 4.
Giriş sərbəstdir
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.