Avrasya Akademisyenler Birliyi Derneğinin təşkilatçılığı ilə Ankara Belediyyesi Ulus Genc Akademi Konferans salonunda online formatda keçirilən "21. Yüzyılda Türk Dünyası ve Sosyal Bilimler II Uluslararası Sempozyum"unda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. dosent Həbibə Əliyevanın həm moderatorluq etdiyi, həm də məruzə etdiyi simpoziumda “Azərbaycanın ilk orta əsrlərə aid məzar daşlarında Səlcuqlu mədəniyyətinin izləri” və “Fondların uçotu və elmi təsnifatı” şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova “XIII əsrin Dunaysir gümüş dirhəmlərinin Qafqaz ilə ticarət əlaqələri baxımından əhəmiyyəti” mövzusunda məruzə ediblər.
Məruzələrdə müasir dövrdə numizmatika və epiqrafika elmlərinin aktual məsələlərinə nəzər salınmış və gələcək perspektivlər müzakirə edilmişdir.
Məruzələrin nəşri nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.