18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində “Açıq qapı günü” təşkil olunub. Gün ərzində muzeyi ziyarət edən paytaxt sakinləri və şəhər qonaqları ekspozisiya zalları, nadir eksponatlar və Azərbaycanın zəngin tarixi-mədəni irsini əks etdirən kolleksiyalarla yaxından tanış olublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.