18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova İctimai Radionun “Can Azərbaycan!” verilişinin qonağı olub.
Veriliş zamanı tədqiqatçı-alim Sevinc Nəsirova Beynəlxalq Muzeylər Gününün tarixi, yaranma məqsədi və əhəmiyyəti barədə dinləyicilərə ətraflı məlumat verib. Eyni zamanda, müasir dövrdə muzeylərin cəmiyyətin maariflənməsi, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində rolundan bəhs olunub.
Söhbət zamanı Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti, ekspozisiyaları, elmi-tədqiqat istiqamətləri və ziyarətçilər üçün həyata keçirilən layihələr haqqında da danışılıb. Eyni zamanda, muzeylərin yalnız tarixi eksponatların nümayiş olunduğu məkan deyil, həm də cəmiyyətlə aktiv dialoq quran mühüm mədəniyyət ocaqları olduğu vurğulanıb.
Qeyd edək ki, hər il 18 may tarixi dünya üzrə Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur və bu münasibətlə müxtəlif maarifləndirici tədbirlər, sərgilər və layihələr həyata keçirilir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.