Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2026-cı ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Yusif oğlu Vəkilovun (Səməd Vurğunun) anadan olmasının 120 illiyi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda şairə həsr olunmuş bir sıra materiallar- masaüstü medal, döş nişanı və poçt markası mühafizə olunur. Səməd Vurğunun 70 illiyinə həsr edilmiş tompak metalından hazırlanmış masaüstü medal 1990-cı ildə Leninqrad zərbxanasında zərb edilmişdir. Medalın müəllifləri Telman və Eldar Zeynalovlardır. Medalın bir üzündə şairin profil təsviri, digər üzündə isə adı, əsərlərinin adları və dəfnə budağı təsviri əks olunmuşdur. Şairin 70 illiyinə həsr edilmiş döş nişanında isə onun təsviri, “Səməd Vurğun 70” yazısı və zeytun budağı kompozisiyası yer alır.
2006-cı ildə şairin 100 illiyi münasibətilə Azərbaycan poçtu tərəfindən 10 qəpik nominallı poçt markası buraxılmışdır. Markada dağ mənzərələri fonunda şairin təsviri və yubileyə aid yazılar təsvir edilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.