Dünya Şəhərsalma Forumu–WUF (World Urban Forum) çərçivəsində Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədr müavini Nazar Joytyyev və Türkməninstanın Azərbaycandakı Səfirinin ikinci katibi Beqenç Kakacanov Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Qonaqları muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayaraq, muzeyin yaranma tarixi, elmi fəaliyyəti və zəngin kolleksiyası barədə ətraflı məlumat verib. Qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış olaraq, Azərbaycanın qədim və zəngin tarixini əks etdirən eksponatlara böyük maraq göstərib. Ekspozisiyada nümayiş etdirilən arxeoloji tapıntılar, orta əsr şəhər mədəniyyətinə aid nümunələr, milli sənətkarlıq ənənələrini əks etdirən eksponatlar və dövlətçilik tariximizlə bağlı materiallar qonaqlarda xüsusi maraq doğurub. Görüş zamanı Azərbaycan və Türkmənistan xalqları arasında mövcud olan tarixi-mədəni bağlılıq və dostluq münasibətləri vurğulanıb. Bildirilib ki, ortaq türk kökləri, qədim İpək Yolu üzərində formalaşmış əlaqələr və Xəzəryanı regionunda əsrlərlə davam edən qarşılıqlı münasibətlər bu gün də iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini təşkil edir. Qeyd olunub ki, humanitar və mədəni əlaqələrin inkişafı Azərbaycan–Türkmənistan münasibətlərinin daha da dərinləşməsinə xidmət edir və bu cür səfərlər xalqlar arasında dostluq körpülərinin möhkəmlənməsinə mühüm töhfə verir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.