Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, t.ü.f.d., Fatma Qəniyevanın “Material and Cultural Manifestations of Azerbaijani Hospitality in 17th and 18th Century Ceramic Artefacts” (“XVII–XVIII əsr keramika məmulatlarında Azərbaycan qonaqpərvərliyinin maddi və mədəni təzahürləri”) adlı məqaləsi beynəlxalq indeksli (ERIHPLUS, DOAJ, EBSCO, Gale Cengage, MLA) “Culture and Civilization” jurnalında dərc olunub (Sayı 10, 2026. s.21-31). Məqalədə XVII–XVIII əsrlərdə Azərbaycanda və digər ölkələrdə istehsal olunmuş, Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında mühafizə edilən, özünəməxsus kompozisiya və təsvir xüsusiyyətləri ilə səciyyələnən keramika nümunələri qonaqpərvərlik ənənələri kontekstində elmi təhlilə cəlb edilib. Sözügedən keramika kolleksiyası yalnız zənginliyi ilə deyil, eyni zamanda müxtəlif tarixi mərhələlərdə fərqli cəmiyyətlərin bədii-estetik təfəkkürü, mədəni xüsusiyyətləri və texnoloji inkişaf səviyyəsi barədə sistemli məlumat mənbəyi kimi çıxış etməsi baxımından mühüm elmi-tarixi əhəmiyyətə malikdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.