Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının Nadir kitablar fondunda XIX əsrin ikinci yarısında Bakı quberniyasına həsr olunmuş “Списки населенных месть Российской Империи. По Кавказскому краю. LXV. Бакинская Губерния” (“Qafqaz bölgəsində Rusiya İmperiyasının yaşayış məntəqələrinin siyahıları. LXV. Bakı quberniyası”) adlı nadir nəşr mühafizə olunur.
1870-ci ildə Tiflisdə Qafqaz canişinin Baş İdarəsi nəzdində fəaliyyət göstərən Qafqaz Statistika Komitəsi tərəfindən çap olunmuş kitabda Bakı quberniyası haqqında geniş məlumat təqdim edilir. Nəşrdə quberniyanın coğrafi mövqeyi, geoloji quruluşu və faydalı qazıntıları, hidroqrafik xüsusiyyətləri, iqlimi və təbii mühiti ətraflı şəkildə təsvir olunub.
Bundan əlavə, kitabda Bakı quberniyasının tarixi və etnoqrafik icmalı, əhalinin etnik və dini tərkibi haqqında məlumatlar yer alıb. Nəşrdə kənd təsərrüfatı, sənaye, rabitə, ticarət, gəmiçilik, səhiyyə və təhsil sistemləri ilə bağlı da mühüm statistik və tarixi məlumatlar öz əksini tapıb.
Tarixi mənbə kimi böyük əhəmiyyət daşıyan bu nəşr XIX əsr Azərbaycanının sosial-iqtisadi və mədəni həyatının öyrənilməsi baxımından mühüm elmi mənbələrdən biri hesab olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.