XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
25 May, 2026
Muzeydə professor Nəsiman Yaqubluya həsr olunmuş kitabın təqdimatı keçirilib

Mayın 23-də Milli Azərbaycan Tarixi Muzeyində mərhum professor, tarixçi-alim Nəsiman Yaqubluya həsr edilmiş kitabın təqdimatı keçirilib.  "Çapar Nəşriyyatı"nın buraxdığı bu kitabda alimin qələm yoldaşlarının, dostlarının, ailə üzvlərinin xatirələri toplanıb. 
Tədbiri giriş sözü ilə açan kitabın naşiri Yusif İlhamoğlu "Cümhuriyyəti Yaşadanlar" layihəsində ilk kitabın N.Yaqubluya həsr edildiyinin təsadüfi olmadığını deyib, mərhum alimin irsinin əhəmiyyətinə toxunub. 
Daha sonra çıxış edən alimlər- Ədalət Tahirzadə, Fərhad Cabbarov, Nəsib Nəsibli, Nəcibə Bağırzadə, Firdovsiyyə Əhmədova, Bədirxan Əhmədli, Abid Tahirli, əməkdar rəssam Rais Rəsulzadə N.Yaqublunun Azərbaycan tarixinin öyrənilməsi sahəsində xidmətlərindən danışdılar.
Alimin ailə üzvləri - həyat yoldaşı İradə Quliyeva və oğlu Nihad Yaqublu kitabın ərsəyə gəlməsində və  təqdimatın keçirilməsində əməyi keçənlərə öz təşəkkürlərini bildirdilər.