Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun nümayəndə heyəti ilə Milli Azərbaycan Tarixi Muzeyini ziyarət görüş keçirilib. Qonaqları muzeyin direktoru, akademik Nailə Vəlixanlı və muzeyin direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov qarşılayıb.
Görüş zamanı Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan qədim tarixi-mədəni əlaqələr, ortaq irs və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlara Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti, fondları və elmi-tədqiqat istiqamətləri barədə ətraflı məlumat verilib.
Söhbət zamanı muzeylərarası və elmi-mədəni əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Görüş çərçivəsində qonaqlara muzeyin zəngin kolleksiyası əsasında hazırlanmış nəşrləri hədiyyə olunub.
Sonda xatirə fotosu çəkdirilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.