Süleymanov Rauf Allahverdi oğlu 29 may 1987-ci ildə Neftçala rayonunun Abasallı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra 2007-ci ildə Daxili Qoşunların Bərdə rayonundakı hərbi hissəsində həqiqi hərbi xidmət keçib. Daha sonra Xüsusi Təyinatlı Dəstədə snayperçi kimi xidmətini davam etdirib.
Xidməti dövründə bir sıra medal və təltiflərə layiq görülən Rauf Süleymanov “Zoğalı beret” daşıma hüququ qazanıb, Türkiyənin Foça şəhərində keçirilən xüsusi atıcılıq təlim kursunu yüksək nəticə ilə başa vurub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edən Rauf Süleymanov Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Düşmənin onlarla canlı qüvvəsini məhv edən qəhrəman snayper 5 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid, snayperçi Rauf Süleymanovun bir sıra materialları Muzeyin Vətən Müharibəsi fondunda qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.