Milli Azərbaycan Tarixi Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərginin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərginin uşaqlarda tarixə və mədəni irsə marağın artırılmasına xidmət etdiyini qeyd etmiş, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqlara ən xoş arzularını çatdıraraq onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulamışdır.
Daha sonra Azərbaycan Fotoqrafları Birliyinin üzvü Mirnaib Həsənoğlu çıxış edərək layihənin əhəmiyyətindən danışıb, onun ərsəyə gəlməsində əməyi olan əməkdaşlara və muzey rəhbərliyinə təşəkkürünü bildirib.
Açılışda mədəniyyət və incəsənət nümayəndələri, fotoqraflar, sənətsevərlər və digər qonaqlar iştirak ediblər. Sərgidə muzeyin kolleksiyasından seçilmiş arxeoloji tapıntılar, qədim oyuncaqlar, milli geyimlər, məişət əşyaları, fotoşəkillər və nəşrlər nümayiş olunub.
Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Tariximizin və mədəni irsimizin uşaqlıq dünyasında qoyduğu izləri kəşf etmək, keçmişə uşaqların gözü ilə nəzər salmaq istəyən hər kəs “Tarixin uşaq izləri” sərgisi ilə tanış olmaq üçün Milli Azərbaycan Tarixi Muzeyinə dəvət olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.